3 May 2021 22:14
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 yaşlı rusiyalı bloqqer Vitali Vıqranovski Abxaziyada 40 günlük aclıq aksiyasından sonra ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Teleqran kanallarında məlumat yayılıb.

O, bundan əvvəl bloqunda yayımladığı bir videoada özünü sınamağı və 40 gün susuz və yeməksiz qalmağı planlaşdırdığını söyləmişdi. Vitalinin aclıq aksiyası mart ayının ortalarında Moskvada olarkən başlamışdı.

Aclığın ilk on günündə şəhərdə özünü pis hiss etdiyi üçün Abxaziyaya getmək qərarı verib.

Bloqqer 20-ci gündə bədənində dəyişikliyin olduğunu deyib. Fiziki fəaliyyət üçün gücü qalmamışdı, yalnız gəzə bilirdi. 30-cu günə qədər qızdırması olub. 35-ci gündə ölümcül hal hiss etdiyini, ancaq aksiyasını dayandırmadığını söyləyib.

40-cı gün isə bloqqer vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu