15 May 2021 09:54
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi kəşfiyyat obyektinə zərbə endirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun Tvitterdəki hesabında bildirilib.

“Qəzzadan İsrailə atılan 2000 raketə cavab olaraq biz bu gecə hərbi kəşfiyyat obyektinə zərbə endirdik... HƏMAS terrorun əvəzini ödəyəcək”, – deyə qeyd olunub.

İsrail tərəfi, həmçinin, HƏMAS-ın təhlükəsizlik xidməti rəhbərinin Qəzzadakı ofisini, HƏMAS bankının filiallarından birinə zərbə endirdiklərini və HƏMAS-ın hərbi dəniz qüvvələrinə hücum etdiyini qeyd edib.


Müəllif: Səxavət