16 May 2021 21:27
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın mərhum prezidenti Ronald Reyqanın SSRİ üzrə keçmiş müşaviri, Dövlət Departamentinin sabiq əməkdaşı Suzanna Massi Rusiya pasportu almaq istəyir.

Teleqraf.com xəbər verir ki, sabiq diplomat bunun üçün Rusiya lideri Vladimir Putinə müraciət edib.

“Prezident Vladimir Vladimiroviç mənə Rusiya vətəndaşlığı vermək imkanı taparsa, bu mənim üçün şərəf olacaq”, - Massi bildirib.

Massi ömrünün uzun illərini Rusiya və ABŞ xalqlarını bir-birinə yaxınlaşdırmağa həsr etdiyini, bu səbəbdən də bu ölkədə qalmaq və işinə davam etmək istədiyini deyib.

Qeyd edək ki, Suzanna Massi bundan əvvəl Amerika Prezidenti Co Baydenin yaşına görə səlahiyyət müddətinin sona çatmasına qədər yaşaya bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, Bayden administrasiyası Rusiya haqda heç bir şey bilmir və dövlət katibinin müavini Viktoriya Nuland Rusiyaya nifrət edir.

Massi adını tarixə “soyuq müharibəni dayandıran qadın” kimi yazdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər