31 Oktyabr 2014 23:30
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin hesabatına görə, terror təşkilatı İŞİD tərəfində döyüşmək üçün Suriya və İraqa 80-dən çox ölkədən təxminən 15 min döyüşçü gedib.

Teleqraf.com Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının "Əl Qaidə"yə tətbiq olunan sanksiyaları nəzarət komitəsi hesabatını açılayıb. Hesabat İŞİD-in insan qaynaqları ilə bağlı əhəmiyyətli məlumatlar ehtiva edir.

Şuraya təqdim edilən hesabata görə, 2010-cu ildən etibarən bölgəyə döyüşməyə gedən əcnəbi döyüşçlərin sayında böyük artım müşahidə olunub.

Hesabatda 80-dən çox ölkədən təxminən 15 min xarici döyüşçünün son dövrlərdə İraq və Suriyaya gedərək "Əl-Qaidə" ilə əlaqəli qrupların tərkibində döyüşdükləri bildirilir. Hesabatda bu döyüşçülərin öz ölkələrinə döndükləri zaman böyük risk meydana gələcəyi də vurğulanır.

Nihad


Müəllif:

Oxşar xəbərlər