20 May 2021 15:55
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Qərbi Azərbaycan vilayətinin şimal-qərbində üç casus şəbəkəsinin ləğv olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin kəşfiyyat idarəsinin baş direktoru şimal-qərb əyalətindəki təhlükəsizlik və kəşfiyyat qüvvələri İran İslam Respublikasına zərbə vurmaq və ölkə daxilində qeyri-sabitlik yaratmaq istəyən üç casus şəbəkəsinin üzvlərini təsbit etdiklərini və ortadan qaldırdıqlarını bildirib.

Əlavə olaraq qeyd edilib ki, son 58 gündə İran təhlükəsizlik qüvvələri təxribat törətmək məqsədilə ölkəyə sızan İŞİD və vəhhabilərlə əlaqəli olan terror hücrələrinin üzvlərini həbs edib.


Müəllif: Cavad

Oxşar xəbərlər