22 May 2021 20:06
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada “Monolit” yüksək dəqiqlikli təyyarə raketinin maketlərinin sınaqlarına başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Texmaş” Tədqiqat və İstehsalat Konserninin icraçı direktoru Aleksandr Koçkin açıqlama verib.

Onun sözlərinə görə, 122 millimetrlik raketin hazırlanması və inkişaf etdirilməsi təşəbbüs əsasında həyata keçirilir: “Hazırda əsas dizayn və texniki xarakteristikaları aydınlaşdırmaq üçün modellərin ilkin dizaynı və atış testləri aparılır”.

Koçkin deyib ki, testlərin uğurlu olacağı təqdirdə, raketlərin istehsalına başlanılacaq.

“Monolit”in öz kalibri və mənzili ilə digər raketlərdən fərqləndiyi iddia olunub. İddiaya görə, “Monolit” maneənin qarşısında partlaya, maneəyə dəydikdə onu deşə və arxasında partlayış yarada bilər. Raketlərin “Su-25” təyyarələri və “Mi-8” helikopterləri üçün nəzərdə tutulduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər