"Separatçılarla aparılan müharibəni Rusiyanın ərazisinə keçirməyə hazırlaşırıq".
Teleqraf.com-un “politnavigator.net”ə istinadən məlumatına görə, müvafiq açıqlama ilə “Dnepr-1” batalyonunun komandiri Yuri Beryoza çıxış edib.
O, müharibəyə hazırlaşmağın vaxtının artıq çatdığını və bu müharibədə ukraynalıların əvəzinə heç kimin vuruşmayacağını bildirib:
“Nə gombul Avropa, nə də ki müstəqil Amerika bizə köməyə gələcək. Biz heç kimə lazım deyilik. Gəlin, Budapeşt müqaviləsini unudaq. Biz artıq Rusiyaya girməyə hazırıq. Bizim yerimizə heç kim vuruşmayacaq”.