30 May 2021 08:54
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 603 milyon doza peyvənd vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib.

Son günlər Çində ölkə daxilində ötürülmə yolu ilə az sayda yoluxmaların aşkarlanması əhalinin peyvənd prosesinə marağını artırıb.

Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da istifadəyə verilib.

Qeyd edək ki, vaksinasiyada “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər