2 Noyabr 2014 13:07
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək noyabrın 2-də Gürcüstana rəsmi səfərə gəlir.

Gürcüstan parlamentindən Trend-ə verilən məlumata görə, səfərin ilk günündə Türkiyə parlamentinin rəhbəri Gürcüstan Milli muzeyinə səfər edəcək və Tbilisi şəhərinə baxacaq.

Noyabrın 3-dən Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyacaq.

Türkiyə parlamentinin sədri Gürcüstanın baş naziri və parlamentin sədri ilə görüşəcək.
Noyabrın 3-də Cəmil Çiçək Msxeta şəhərinin görməli yerlərinə, sonra isə Türkiyə respublikasının səfirliyinə baş çəkəcək.

Səfərin üçüncü günündə Türkiyə parlamentinin sədri Acarıstan Muxtar Respublikası hökumətinin ofisində Acarıstan hökumətinin rəhbəri Arçil Xabadze ilə görüşəcək, sonra isə Batumidəki Türkiyə cümhuriyyəti konsulunun iqamətgahına yollanacaq.

Səfər çərçivəsində Cəmil Çiçək Batuminin görməli yerlərinə və Batumi məscidinə baş çəkəcək.


Müəllif:

Oxşar xəbərlər