Belarusda məcbur eniş etdirilən təyyardəki sərnişin müxalif mövqeli jurnalist Roman Protaseviç barəsində irəli sürülən ittihamları qəbul edib.
Teleqraf.com xəbər verir ki, Belarus dövlət televiziyasına danışan Protaseviç göz yaşlarını saxlaya bilməyib.
Bloggerin ailəsi isə onun basqı və təzyiq altında müsahibə verərək ittihamları qəbul etdiyini açıqlayıb.
Baxmayaraq ki, Proteseviç bunun doğru olmadığını, könüllü olaraq müsahibə verdiyini deyib.