“AN-2” tipli hərbi təyyarəsi Rusiyanın Çelyabinsk bölgəsində təcili eniş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın hüquq mühafizə orqanları məlumat yayıb.
Təyyarənin təcili enişinə səbəb mühərrikin texniki nasazlığı olub. Təyyarədə 8 nəfərin olduğu bildirilib - kapitan, pilot, mexanik, həkim və dörd paraşütçü. Heç birinə zərər dəyməyib.
Təyyarənin Çelyabinskdəki Kalaçevo hava limanından Aqapovka aerodromuna getmək üçün yola çıxdığı deyilib. Lakin Suxtelinski kəndi yaxınlığında məcburi eniş edib.
Təyyarənin texniki vəziyyəti yoxlanılır.