6 İyun 2021 21:57
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçirilməsi koronavirusun bütün planetimizi iflic etdiyi bir dövrdə Rusiyaya şərəf gətirir. Və orada “bitib-tükənməz iştaha” nümayiş etdirən iş adamlarına Puşkinin “Balıqçı və balıq nağılı” təqdim olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.

Böyük yazıçı və şairin ad günündə Aleksandr Puşkinin abidəsi önünə gül dəstəsi qoyduqdan sonra G.Züqanov son forumu şərh edib. Koronavirusun mövcudluğuna diqqəti yönəldən G.Züqanovun fikrincə, forum yeni bir sanitariya mədəniyyətini doğurub.

Kommunistlərin lideri, həmçinin, hər kəsi o cümlədən kapitalarını ciblərində saxlayanları Puşkinin şeirlərini, nağıllarını və poemalarını oxumağı məsləhət görüb.

Züqanov, bundan əlavə Vladimir Putinə “bitib-tükənməz iştahı ilə hər şeyi idarə etmək istəyən və nəticədə uçuq daxmanın altında qalma riski ilə üzləşə biləcəyini” xatırladaraq “Severstal” idarə heyətinin rəhbəri Aleksey Mordaşova A.Puşkinin “Balıqçı və balıq nağılı” və “Kapitan qızı” povestini göndərməyi tövsiyə edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər