Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Moskvada türk həmkarı Sədat Önalla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə BMT-nin Liviyadakı xüsusi nümayəndəsi Jan Kubis də iştirak edib.
Liviya məsələsinin müzakirə olunduğu görüşdə dekabrın 24-də bu ölkədə keçiriləcək seçkilərə dəstək məqsədilə BMT-nin fəaliyyətlərinə dəstəyin verilməsinin vacibliyi vurğulanıb.
Hazırda tərəflərin Liviyanın keçid hökumətinə dəstək verdiyi, Boqdanov və Önalın siyasi məsləhətləşmələr apardığı bildirilib.
Görüş haqda əlavə məlumat verilməyib.