İngiltərə Rusiyanı kiberhücumlarda iştirak etməkdə günahlandırıb və “G-7”-ni buna qarşı yekdilliklə mübarizəyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Xarici işlər naziri Dominik Raab açıqlama verib.
Raab kiber hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb:
“Rusiyalı hakerlər böyük ziyana səbəb olurlar, bəziləri oğurluq və ya mənfəət naminə işləyirlər, bəziləri də sırf zərər vurmaq üçün”, - nazir qeyd edib.
Diplomat ayrıca xəstəxanalara, məktəblərə və əsas infrastruktura edilən haker hücumlarının qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, kiber təhlükəsizlik Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında iyunun 16-da
Cenevrədə keçiriləcək danışıqların əsas mövzularından biri olacaq.