11 İyun 2021 21:24
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal bazarlarda xam neftin qiymətlərinin bahalaşması dünyanın ən böyük yanacaq bazarlarından olan Çində benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətlərinin artmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komitəsinin qərarına əsasən, iyunun 12-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 175 yuan (27,41 ABŞ dolları) və 170 yuan (26 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.


Müəllif: Teleqraf.com