İraqın şimalında separatçı terror təşkilatının raket atəşi nəticəsində Türkiyə hərbi qulluqçusu həlak olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, hadisə "Pençe-Yıldırım" əməliyyatı keçirilən ərazisində baş verib.
"11 iyun 2021-ci ildə "Pençe-Yıldırım" əməliyyatı bölgəsində separatçı terror təşkilatı tərəfindən bazamıza qarşı həyata keçirilən raket atəşi nəticəsində qəhrəman yoldaşlarımızdan biri həkimlərin bütün müdaxilələrinə baxmayaraq ağır yaralanaraq öldü".