Somali ordusu ölkənin Hiiraan bölgəsində qanunsuz silahlı şəbəkəyə qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsində Eş-Şebab silahlı qrupunun 10 üzvü öldürülüb, yüzə yaxın üzvü isə yaralı şəkildə qaçıb.
Əməliyyat zamanı Somali ordusu heç bir itki verməyib.
Qeyd olunur ki, Eş-Şebab silahlıları sistemli olaraq təhlükəsizlik qüvvələrinə və mülki insanların yerləşdiyi ərzilərə hücumlar həyata keçirir.