12 İyun 12:01
391

ABŞ-a aid "USS Laboon" adlı hərbi gəmi gecə saatlarında İstanbul boğazını keçərək Qara dənizə daxil olub.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl Qara dənizə daxil olan ABŞ hərbi gəmiləri Rusiya tərəfindən daim izlənilib.

"USS Laboon" hərbi gəmisinin də ruslar tərəfindən müşahidə altına alındığını bildirilib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ gəmisi Qara dəniz donanmasının müşahidəsi altındadır.


Müəllif: Cavad