14 İyun 2021 10:44
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya və Liviya məsələsini müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Təhlükəsizik müşaviri eyni zamanda ABŞ-ın Əfqanıstandakı səfirliyinin təhlükəsizlik məsələsinə dair mövzu ətrafında da Baydenin Ərdoğanla danışacağını da açıqlayıb.

Xatırladaq ki, bundan öncə Sallivan ABŞ və Türkiyə liderlərinin müzakirə edəcəyi mövzular ətrafında danışarkən bildirmişdi ki, Bayden türk həmkarı ilə S-400 kompleksi ətrafında müzakirələr aparacaq, eləcə də Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusunda fikir mübadiləsi aparmağı planlaşdırır.


Müəllif: Cavad

Oxşar xəbərlər