25 İyun 2021 16:09
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali lideri Əli Xameneyi koronavirus əleyhinə peyvənd olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.

Məlumata görə, ali liderə yerli istehsal olan “COV Iran Barakat” peyvəndinin ilk dozası vurulub.

Bundan öncə Xameneyi COVID-19 peyvəndinin tətbiqi üçün iki şərtinin olduğunu bəyan etmişdi: o, növbədənkənar peyvənd olunmamalıdır və İran istehsalı olan vaksin vurduracaq.

İranda may ayının 11-dən etibarən koronavirus əleyhinə “COV Iran Barakat” peyvəndinin kütləvi istehsalına başlanıb. Ölkənin Səhiyyə Nazirliyi bu preparatın təcili istifadəsi üçün lisenziya verib. İndiyədək 10 milyon doza peyvənd istehsal olunub.

İran hakimiyyəti yaxın vaxtlarda yerli istehsal olan daha üç peyvəndin təsdiqlənəcəyini açıqlayıb.


Müəllif: Səxavət