28 İyun 2021 21:26
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ölkələri Moskva ilə münasibətlərdəki problemləri öz aralarında deyil, birbaşa Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməlidirlər.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel bu barədə Fransa-Almaniya Parlament Assambleyasının videokonfrans vasitəsilə keçirilən iclası zamanı bildirib.

O, narahatlıq doğuran bütün məsələləri Aİ-Rusiya sammitində müzakirə etməyə çağırıb.

“Mən düşünürəm ki, bunu daim öz aramızda müzakirə etmək yaxşı deyil, Rusiya Prezidenti ilə bu mövzularda müzakirələr aparmaq və belə əsasda uğurlu əməkdaşlığın mümkün olmadığını söyləmək daha yaxşıdır”, - deyə Almaniya kansleri bildirib.

Merkel Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin həqiqətən pis olduğunu, ancaq “Soyuq müharibə” dövründə də danışıqların olduğunu qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər