5 Noyabr 2014 01:36
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Albaniyadakı səfirliyinin yaxınlığında yerləşən gecə klubunda baş vermiş atışma nəticəsində 4 nəfər ölüb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident gecə klubunun müştəriləri arasında yaranmış münaqişə zəminində baş verib. Atışma nəticəsində İtaliya vətəndaşı və 3 Albaniya vətəndaşı ölüb.

Hadisənin baş verdiyi “Ante Grand” gecə klubu ABŞ səfirliyinə 100 metrdən az məsafədə, yaşayış binasının birinci mərtəbəsində yerləşir.

Məlumata görə, atışma zamanı yaralanan daha 2 şəxs xəstəxanaya yerləşdirilib. Atəş açmaqda şübhəli bilinən şəxs artıq saxlanılıb.

Onun Albaniya parlamentinin Sosialist Partiyasından olan deputat Luiza Cuvanninin 25 yaşlı oğlu olduğu bildirilir. Luiza Cuvanni oğlunun həbsindən sonra istefa verməyə məcbur olub


Müəllif:

Oxşar xəbərlər