Fransada Sosialist iqtidar partiyasının deputatları Fələstinin rəsmən tanınması üçün parlamentə təklif göndərib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fransa sözügedən düzəlişin qəbulu ilə Fələstini dövlət kimi tanımaq niyyətindədir. Fransa senatının da eyni təşəbbüslə çıxış edəcəyi gözlənilir.
Qərar qəbul olunduqdan sonra məsələ Fransa xarici işlər naziri Loran Fabiusla müzakirə olunacaq. Fabius etdiyi çıxışlarında Fransanın Fələstini tanıyacağını bildirib.
Məclisə təqdim olunacaq əlavənin qarşıdakı həftələrdə baş assambleyanın gündəminə gələcəyi ancaq hökumətin bu məsələdə yekun qərar qəbul etməsinin daha uzun müddət davam edəcəyi bildirilir.
Samir