5 Noyabr 2014 21:46
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qüds şəhərində Haram Üş-Şərif ətrafında fələstinli nümayişçilər və İsrail polisi arasında qarşıdurma olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, toqquşmalar zamanı fələstinli gənclər polisləri daşa basıblar. İsrail polisi gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməyə məcbur olub.

Rəsmilər toqquşmaya səbəb kimi ötən həftə öldürülən yəhudi bir şəxsə dəstək olmaq üçün bir qrup israillinin müqəddəs Haram Üş-Şərifə yürüş etmək istəmələrini göstərir. Fələstinli gənclər isə buna etiraz edib və nəticədə toqquşmalar baş verib.

Samir


Müəllif: