12 İyul 2021 15:11
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada katolik kilsəsinə bağlı məktəblərdə təqribən 5 000 uşağın tibbi test subyekti olaraq istifadə edilməsi, işgəncə, istismar və təcavüz olunaraq öldürülməsinə dair etiraf gəlib.

Teleqraf.com xəbər verir ki, kanadalı keçmiş yepiskop Andre Poliyevre kilsələrin bağçalarında işgəncə görən və tibbi subyekt kimi istifadə edilən yerli (aborigen) xalqların uşaqlarının kütləvi məzarları barədə açıqlama verib.

O, katolik kilsəsinin uşaq qırğınında hökumətlə birlikdə bu cinayətdə ortaq olduğunu və ölkənin çirkli üzünü bir daha ortaya qoyduğunu bildirib.

Poliyevre 1978-ci ildə kilsədə baş verənləri gördükdən sonra yepiskopluqdan imtina etdiyini deyib:

“Katolik Kilsəsi olaraq baş verənlərdən biz cavabdeh idik. İndi kollektiv və institusional bir cavab tələb edirik. Bu məktəblərin idarə edilməsində hökumətlə ortaq idik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər