13 İyul 2021 08:45
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın cənubundakı Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 54-ə çatıb. Azı 70 nəfər xilas edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bundan əvvəl 40 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş verən yanğının səbəbi ehtiyatsız davranma nəticəsində oksigen balonunun partlamasıdır. Şəhərin mülki müdafiə xidməti yanğının qarşısının alındığını açıqlayıb. Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubu təqdim edib.

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib. Bundan başqa, o, faciənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaratmaq barədə tapşırıq verib.

Eyni zamanda, parlamentin sədri Məhəmməd əl-Halbusi xəstəxanada baş vermiş yanğın faktının müzakirə olunması üçün qanunverici orqanda xüsusi iclas keçiriləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər