13 İyul 2021 17:53
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin bayrağı ilə üzən iki sahil təhlükəsizlik gəmisi Şərqi Çin dənizində, mübahisəli Senkaku adaları ətrafında Yaponiya sularına daxil olub.

Teleqraf.com xəbər verir ki, gəmi dəfələrlə xəbərdarlıqdan 2 gün sonra bölgəni tərk edib.

Yaponiya hökumət rəsmisi Kato Katsunoby mətbuat konfransı keçirərək bəyan edib ki, son 5 ayda ölkənin su sərhədləri sistemli şəkildə pozulur:

“Dəfələrlə xəbərdarlıq etdik. Düşüncələrimizi və fikirlərimizi Çin tərəfinə çatdırdıq. Hər daim sərhədlərimizin pozulmasına qarşı sakit duruşumuzu qoruyacağıq, ancaq lazımi cavablar da verəcəyik".


Müəllif: Cavad

Oxşar xəbərlər