13 İyul 2021 19:26
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna parlamenti daxili işlər nazirinin istefa ərizəsinə iyulun 15-də baxacaq.

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər