16 İyul 2021 11:33
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Özbəkistan, Pakistan və Əfqanıstanla Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yeni dördtərəfli formatın qurulması barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusup Kabulcanov məlumat verib.

“Müharibədən sonra Əfqanıstandakı sülh prosesinə dəstək vermək üçün ABŞ, Özbəkistan, Əfqanıstan və Pakistan arasında dördtərəfli formatın qurulması barədə razılaşma əldə edilib”, - nazirliyin rəsmisi bildirib.

Kabulcanov deyib ki, yeni müzakirə platforması regional əlaqələrin gücləndirilməsi və bölgədə sülhün daha effektiv qorunmasına kömək edəcək.

Əfqanıstandakı vəziyyət mayın 1-dən etibarən ABŞ və NATO ölkələrinin qoşunlarının əfqan ərazilərindən geri çəkilməsinə başlandıqdan sonra kəskinləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər