24 İyul 2021 19:25
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gallup" beynəlxalq sorğu mərkəzinin keçirdiyi sosialoji sorğunun nəticələrinə görə, ABŞ Prezidenti Co Baydenini dəstəkləyənlərin sayı azalıb.

Teleqraf.com xəbər verir ki, sorğu 6-21 iyul aralarında keçirilib.

Baydeni dəstəkləyənlər iyun ayı ilə müqayisədə 6 faiz azalıb.

Mütəxəssislər ehtimal edirlər ki, nəticələrə iki məsələ təsir edib: artan inflyasiya rəqəmləri və COVİD-19 yoluxmalarının azalması səbəbindən vaksinləşmənin sürətlə aparılmaması.

Qeyd edək ki, Baydenə ən ciddi dəstək fevral-mart aylarında 57 faiz olmuşdu.


Müəllif: Cavad

Oxşar xəbərlər