26 İyul 2021 17:34
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk-Antalya marşrutu ilə hərəkət edən Belarusun “Belavia” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi Moskvanın Domodedovo hava limanına təcili eniş edib.

Teleqraf.com xəbər verir ki, Belarusun paytaxtından Türkiyəyə uçan “Boinq 737” təyyarəsi Rusiyanın Voronej vilayətinin üzərində uçarkən təcili eniş üçün siqnal göndərib.

Siqnal Moskvada qəbul edilib.

Məlumata görə, təyyarənin mühərriklərindən birinin nasaz olduğu üzə çıxıb.

Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 207 nəfər var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər