30 İyul 2021 13:16
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Marmaris şəhərində dünən günorta saatlarında başlayan və 1 nəfərin həyatına son qoyan meşə yanğını davam edir.

Teleqraf.com xəbər verir ki, yanğını başlatdığı iddia edilən iki uşağın ifadələri ortaya çıxıb.

10 yaşında olan 2 uşağın ifadəsi pedaqoqun iştirakı ilə alınıb.

“Kitab yandırırdıq, alov yayıldı. Kola şüşəsini su ilə doldurub söndürmək istədik. Sönmədi. Biz də qaçdıq”, - uşaqlar bildiriblər.

Dünən günorta saatlarında Marmarisin Armudalan məhəlləsi yaxınlığındakı şam ağacları ilə zəngin meşə sahəsində yanğın baş verib. Alov quru ot və küləyin təsiri ilə qısa müddətdə yayılıb. Çox sayda ekipaj, 1 vertolyot və digər yanğınsöndürən vasitələr yanğın ərazisinə göndərilib.


Müəllif: Mənsur Rəğbətoğlu