31 İyul 2021 10:27
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir İmran Xan Pakistanın Türkiyəyə meşə yanğınları səbəbindən hər cür kömək etməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı bu barədə Tvitter hesabında yazıb.

Xan bu çətin anlarında Pakistanın türk xalqının yanında olduğunu söyləyib:

“Türkiyə dövləti və xalqının yanındayıq. Meşə yanğınlarında faciəli itkilərə görə Türkiyənin kədərini bölüşürük. Pakistan Türkiyə hökuməti və xalqının bu çətin zamanda ehtiyac duyduğu hər cür köməyi göstərməyə hazırdır”.


Müəllif: Mənsur Rəğbətoğlu