1 Avqust 2021 08:29
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya hakimiyyəti Dəməşqdən 110 km aralıda yerləşən Dəraa şəhərində vəziyyət gərginləşdiyindən Suriya ilə sərhədi müvəqqəti olaraq bağlayıb.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

"Nəsib-Cabir keçid məntəqəsi, sərhədin Suriya tərəfindəki təhlükəsizliyə təsir edən hadisələrlə əlaqədar müvəqqəti olaraq bağlanacaq", - mənbə söyləyib.

Məlumata görə, keçid məntəqəsi uyğun şərait təmin edildikdən sonra öz işini bərpa edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər