Türkiyənin Antalya vilayətinin Manavgat şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 3 nəfər Rusiya vətəndaşı həlak olub, 5 nəfər isə xəsarət alıb.
Bildirilir ki, avtobusda aralarında doqquzu uşaq olmaqla 22 sərnişin daşınıb.