4 Avqust 2021 00:43
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sağ olsun, Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri və Antalyanın keçmiş millət vəkili Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar məlumat verərəkən bildirib.

Nazir deyib ki, yanğınla mübarizədə xarici ölkələrlə, eləcə də özəl şirkətlərlə müvafiq əlaqələr yaradılıb və bu əlaqələr davam edir: “Bu gün ölkəyə daxil olan helikopterlərlə bərabər, 3 su tankeri də gətiriləcək”.

Nazir bu fəlakətdən siyasi divident qazanmaq istəyənlərin ölkənin daxilində və xaricində təxribatlara yol verdiyini vurğulayıb.

“Fəlakət qürur məsələsi deyil. Bu gün etdiyim bir açıqlamada da dediyim kimi, heç bir zaman bizə gələn dəstək təklifini sırf qürur olsun deyə rədd etmədik. O ki ola yanğın kimi bir fəlakət zamanı buna yol verək. Biz hansı ölkələrə necə yardım etdiksə, onlardan da gələn təklifləri həssaslıqla dəyərləndirdik, ehtiyacımız olanları da qəbul etdik. Həm ikitərəfli ölkələr səviyyəsində, həm də Avropa İttifaqı, BMT-nin də təşkilatları səviyyəsində əlaqələrimizi davam etdirdik. Başda Fransa olmaqla Avropa İttifaqına üzv olan bəzi ölkələr öncə yardım edəcəklərini bildirdilər, sonra öz ölkələrində yanğın olduğunu deyib bundan imtina etdilər. Yunanıstandan gələn yardım təklifini rədd etməmiz də söhbət mövzusu ola bilməz. “Qonşuluq əlaqələrimiz olmadığı üçün Yunanıstandan gələn yardım təklifini geri çevirdikmi” deyə sualı verildi. Əsla. Bundan öncə də zəlzələ və bu kimi təbii fəlakətlər zamanı Türkiyə ilə Yunanıstan qarşılıqlı olaraq dəstək veriblər. Yunanıstan tərəfindən bizə bir dəstək təklifi verildi, lakin Avropa İttifaqı ölkələri səviyyəsində yardım təklifi gəldiyi zaman Yunanıstandan cavab gəlmədi. Sonra səfirimizə zəng edib bunun səbəbini izah ediblər, biz də bu nəzakətləri ilə əlaqdar təşəkkür edirik. Hazırda İtaliyada da yanğınlar var. Çox bölgədə bu fəlakətlər baş verib. Təbii ki, hər ölkə öncə özünü qorumağa çalışacaq”, - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər