9 Avqust 2021 19:29
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkelin Ukraynaya səfəri gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov "Facebook" hesabında məlumat verib.

Mətbuat katibi bildirib ki, səfər avqustun 22-də baş tutacaq.

O qeyd edib ki, görüşlərdə təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqələr və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladmir Zelenski Almaniya Kansleri Angela Merkellə sonuncu dəfə iyulun 12-də Berlinə səfəri çərçivəsində görüşüb.


Müəllif: Teleqraf.com