11 Avqust 2021 15:05
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO tarixində ilk dəfə olaraq 2022-ci ilin oktyabrında bu vəzifədə norveçli Yens Stoltenberqi əvəz edən bir qadın ittifaqın baş katibi ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, yeni baş katib gələn ilin yazında Madriddə keçirilməsi gözlənilən NATO sammitində seçiləcək.

Nəşrin iddiasına görə, alyans daxilində Stoltenberqin yerinə bir qadın namizədin keçməsinin lazım olduğuna dair geniş fikir birliyi var. Gələcək NATO baş katibinin axtarışı ilə bağlı danışıqlar payızda başlayacaq, amma iddiaçı olduğu iddia edilənlərin adları artıq ittifaqın müxtəlif üzv ölkələrində eşitdirilib.

Qəzetin yazdığına görə, NATO-nun baş katibi vəzifəsinə mümkün namizədlər arasında İngiltərənin keçmiş baş naziri Tereza Mey, Avropa Birliyi diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer var, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya Prezidenti Kersti Kalyulayd və Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç var.

Yens Stoltenberq 2014-cü il oktyabrın 1-dən NATO -nun baş katibidir. Bu il NATO Şurası sonuncu dəfə müqaviləni bir il yeniləyib. Yeni baş katib seçimi NATO-da alyansın aparıcı ölkələri arasında ABŞ-ın son sözü dediyi qapalı məsləhətləşmələr çərçivəsində aparılır. Bu təyinat daha sonra Şimali Atlantika Şurası tərəfindən rəsmən təsdiqlənir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər