13 Avqust 2021 11:34
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madaqaskar Prezidenti Andri Rajuelina özünə qarşı sui-qəsd və çevriliş planının üstü açıldıqdan sonra bütün nazirləri istefaya göndərib.

Teleqraf.com xəbər verir ki, Rajuelina və Baş nazir Kristian Ntsayın birgə bəyanatında kabinetdəki bütün nazirlərin vəzifələrindən azad edildiyi bildirilib.

Prezidentin kabinetdən təkcə Baş nazir Ntsayın yerini qoruduğu məlum olub.

Yeni nazirlərin adlarının həftənin sonunda açıqlanacağı gözlənilir.

Nazirlər Kabinetindəki dəyişiklik Rajuelinanı hədəf alan və ölkənin bir nömrəli gündəm mövzusu olan “Apollo 21” adlı sui-qəsd və çevriliş planı ilə əlaqədardır.

Prezident Rajuelina iyulun 20-də özünə qarşı cəhd edilən sui-qəsdlə bağlı ilk dəfə avqustun 9-da danışıb və buna görə Fransanı ittiham edib.

Sui-qəsd planı ilə bağlı ilk əməliyyatda saxlanılan 6 nəfər arasında 2 təqaüddə olan Fransa hərbçisi var.

Prezident Rajoelina “Apollo 21”-in nəinki bir sui-qəsd olduğunu, həm də hakimiyyəti ələ keçirmək cəhdi olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər