15 Avqust 2021 16:54
3 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan iki milyarddan çox əhalisi ilə vacib bir bölgə olan Cənubi Asiyada sülhün bərqərar olunması, rifahın artırılması istiqamətində kritik bir vəzifəni üzərinə götürüb. Bölgənin üzləşdiyi problemlərə tapılacaq həll yolları ancaq Pakistanın dəstəyi ilə həyata keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, münaqişənin baş verdiyi Əfqanıstanda sülhün və rifahın bərqəar olunması mövzusunda da Pakistanın üzərinə böyük məsuliyyət düşür.

Türkiyə lideri qeyd edib ki, bölgədə, xüsusilə də Əfqanıstanda tez bir zamanda sabitliyin bərpa olunması üçün əlimizdən gələni edəcəyik.


Müəllif: Aysel Azad