17 Avqust 2021 17:46
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ilk hərbi nəqliyyat təyyarəsi “İl-112V”nin prototipi Moskvada uçuş zamanı qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisənin təlim uçuşu zamanı baş verdiyi bildirilib.

Yaranan xüsusi komissiya hadisənin səbəblərini araşdıracaq.İlkin məlumatlara görə, təyyarənin mühərriki yanıb və təyyarədə olan ekipaj üzvlərinin hamısı ölüb. Qəzadan sonra təyyarə tamamilə zədələnib və yanıb.

Rusiyanın uzun illərdir istifadə etdiyi “Antonov An-26” təyyarəsini əvəz edəcəyi gözlənilən “İlyuşin İl-112V” hərbi nəqliyyat təyyarəsi Sovet İttifaqı dövründən sonra federasiyada sıfırdan hazırlanmış ilk təyyarədir. “İl-112V” təyyarəsi üzərindəki işlər 2014-cü ildən davam edir.

Yeni təyyarənin istismar müddəti bitmək üzrə olan “An-26” təyyarələrinin 2030-cu ilə qədər 50 faizini, 2032-ci ilə qədər isə 90 faizini əvəz edəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər