Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Taliban"ın aeroportda olan komandiri yerli jurnalistlərə açıqlamasında bildirib.
Zabit insanların kənar qüvvələrin atəşi nəticəsində həlak olduqlarını bildirib.. O, əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkünlüyü ilə bağlı şayiələrə inanmamağa çağırıb.