19 Avqust 2021 10:54
9 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstan ordusunun 11 günə çökəcəyinə inanmırdıq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Mark Milli deyib.

Əfqanıstandakı vəziyyətin son dərəcə təhlükəli, dinamik və dəyişkən olduğuna diqqət çəkən Mark Milli hazırda Amerika vətəndaşları və ABŞ-a kömək edən əfqanları təxliyə etməyin prioritet olduğunu bildirib.

O, hava limanında sabitliyin təmin edildiyini, amma hər hansı bir təhlükə olarsa, heç bir tərəddüd etmədən hərbi əməliyyatla cavab veriləcəyini diqqətə çatdırıb.

Talibanın Əfqanıstan ordusunu qısa vaxtda məğlub etməsi haqda Mark Milli bunları deyib: “Nə mən, nə də digərləri ordunun və bu hökumətin 11 gün ərzində çökəcəyini düşünürdü”.

ABŞ müdafiə naziri Lloyd Ostin isə Talibanla rabitə kanallarının açıq olduğunu bəyan edib.

Ostin hazırda təxliyə əməliyyatları üçün Kabildə təxminən 4500 ABŞ hərbçisinin olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər