ABŞ təxliyə işlərinin həyata keçirilməsi və təhlükəsizliyin qorunmasına yardım etmək üçün təxminən 5,8 min amerikalı əsgəri Kabil hava limanına “köçürüb”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yaxın günlərdə bu kontingent 6 min nəfərə çatdırılacaq.
ABŞ generalı Henk Teylor dünən hava limanında 5,2 mindən çox ABŞ əsgərinin olduğunu söyləmişdi.