İngiltərə rus müxalifətçi Aleksey Navalnın zəhərlənməsinin ildönümündə 7 rus kəşfiyyat agenti haqqında sanksiya tətbiq edib.
Teleqraf.com xəbə verir ki, kəşfiyyatçıların daşınmaz əmlaklarını dondurmaqla onların ölkəyə səyahət etmələrinə qadağa tətbiq edib.
İngiltərə Xarici İşlər Nazirliyi bəyan edib ki, sanksiya tətbiq edilənlər Rusiya Federal Təhlükəsizlik Xİdmətinin əməkdaşlarıdır və onlar Navalnıya yönəlik əməliyyatda iştirak ediblər. Nazirlik əlavə edib ki, sanksiya qərarı ABŞ-la birlikdə verilib.