Gürcüstanda son sutkada daha 3 803 nəfərə koronavirus diaqnozu qoyulub, virusun aşkarlandığı 48 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 514 744-ə, ölənlərin sayı isə 6 771-ə çatıb.
Ötən 24 saat ərzində 5 332, ümumilikdə 448 288 nəfər sağalıb.
Aktiv xəstə sayı 59 659 nəfərdir.