BMT-nin baş katibi Antoniu Quterriş bildirib ki, beynəlxalq təşkilatın əməkdaşlarının Əfqanıstanda qorxudulması haqqında xəbərlərdən məyus olub.
"Mən sizin narahatlığınızı, sizin həyəcanınızı və ağrınızı bölüşürəm. Mən sizin bəzilərinizin sıxışdırılmalarınızdan və qorxutma halları ilə qarşılaşmalarınızdan barədə xəbərlərdən məyusam", - o, BMT-nin Əfqanıstandakı təmsilçilərinə müraciətində qeyd edib.
Baş katib vurğulayıb ki, beynəlxalq təşkilat öz əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görəcək. "İndi bu yeni problemlə üz -üzə qaldığımız üçün sizə zəruri ləvazimatları təqdim etmək və dəstək üçün mütəxəssis qrupları göndərmək üçün çalışırıq. Biz sizin təhlükəsizliyiniz və Əfqanıstanın bu qədər uzun müddət əziyyət çəkən xalqına kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik", - Quterreş qeyd edib.