Prezident seçkilərinə bir gün qalmış Estoniyada maraqlı hadisələr baş verir.
Teleqraf.com xəbər verir ki, millət vəkilləri səsverməyə hazırlaşsalar da, seçkilərdə iştirak edəcək namizəd yoxdur.
Bir çox ölkələrdə prezidentliyə namizədlər deputatları səs verməyə razı salsalar da. 1.3 milyon əhalisi olan Estoniyada vəziyyət tam əksinədir.
Sorğularda iştirak edən estonların əksəriyyəti hazırda prezident postunda olan Kersti Kalyulaydın işini daha 5 il davam etdirməsinin tərəfdarıdır.
5 il əvvəl keçirilən seçkilərdə Estoniya prezidenti seçilən 46 yaşlı Kersti Kalyulayd ölkənin ilk qadın prezidenti olub.