8 Noyabr 2014 13:53
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ABŞ-ı İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına silah yardımı etməkdə günahlandırır.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İran Silah Qüvvələrinin baş qərargah rəisinin müavini, genaral-mayor Məsud Cəzayiri bildirib. Onun sözlərinə görə, ABŞ Diyala rayonunun Celavla bölgəsində İraq ordusu tərəfindən mühasirədə saxlanılan İŞİD militanlarına silah və sursat göndərib.

“ABŞ bir neçə gün öncə havadan Celavladakı İŞİD terrorçularına silah, sursat, ərzaq və tibbi ləvazimat yardımı etdi”.

Samir


Müəllif: