31 Avqust 2021 20:14
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması böyük ehtimalla ABŞ üçün müharibəyə əbədi olaraq son qoymayacaq, sadəcə olaraq bu, Co Bayden administrasiyasını bu münaqişənin yeni, hətta daha təhlükəli mərhələsinə sürükləyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.

Qəzetin qeyd edib, ABŞ-ın aidiyyəti hakimiyyət orqanlarına xəbər vermədən qoşunları Əfqanıstandan geri çəkən Bayden hökuməti bununla özünü təhlükəli duruma salıb.

Amerikalı analitik Daniyel Pletkanın Baydenlə bağlı açıqlaması da diqqət çəkib.

O, mövcud durumun Baydenin prezidentliyi üçün dönüş nöqtəsi olacağını deyib: “Baydenin bəxti gətirərsə, yeni Cimmi Karter olacaq (ABŞ-ın 39-cu prezidenti, Nobel Sülh Mükafatı laureatı). Bəxti gətirməsə, növbəti 11 sentyabrla üzləşəcək”.
Nəşr Baydenin uğursuz Əfqanıstan strategiyasına görə sərt daxili təzyiqlər qarşısında qaldığını yazıb.

“İndi Bayden administrasiyası iki ciddi problemlə üzləşəcək: ABŞ-ın artıq qorxmağa başladığı on minlərlə Əfqanıstan qaçqınının gəlişi ilə daxildə başlayan böhran və sərbəst fəaliyyət göstərə biləcək qrupların artan terror təhlükəsi. Yəni, müharibəni bitirmək kifayət deyil, nəticələrlə məşğul olduqlarını göstərməlidirlər”, - qəzet bildirib.

“Vaşinqton Post”un yazdığına görə, Baydenin Respublikaçılar Partiyasından olan siyasi rəqibləri onun üzləşdiyi problemlərdən - ölkədə hələ də davam edən koronavirus pandemiyasından Əfqanıstandan fəlakətli geri çəkilməyə qədər bir çox məsələlərdən mövqelərini gücləndirmək üçün istifadə edəcəklər. Bundan əlavə, Əfqanıstandakı durumun Dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik müşaviri Cek Sallivanı vəzifələrini itirmək ehtimalı qarşısında qoyur. Artıq onların işdən çıxarılma ehtimalı Nümayəndələr Palatasındakı bəzi Demokratlar tərəfindən müzakirə olunmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər